-
- 12-03-2019, 09:52
- 1 068
Bu gün Azərbaycanda Yel Çərşənbəsi qeyd olunur
News24.Az xəbər verir ki, Novruz bayramının üçüncü çərşənbəsi olan Yel Çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir.
İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır.
Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.
Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək. Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
Martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.