Bu gün Od çərşənbəsidir
    • 3-03-2020, 00:21
    • 1 570

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.


News24.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi də tanınır. Adətə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün mənfilikləri, çirkabı yandırırlar.


Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.