İranlı zəvvarların qaldığı hoteldə YANĞIN
    • 26-07-2023, 13:09
    • 145

İranlı zəvvarların qaldığı hoteldə YANĞIN

İraqın Nəcəf şəhərində iranlı zəvvarların qaldığı 6 mərtəbəli hoteldə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə “Əl-Suməriyə News” məlumat yayıb.

Agentliyin məlumatına görə, hoteldə İrandan gələn 160 nəfər zəvvar olub və onlardan 72 nəfəri yanğın nəticəsində boğulub. 3 nəfər isə ciddi yanğın xəsarətləri alıb. 

Qeyd edək ki, 30-dan çox iranlı zəvvar tənəffüs yollarında problem yarandığı üçün dərhal şəhər xəstəxanasına köçürülüb