Pentaqon Ukrayna üçün müqavilə imzaladı
    • 1-09-2023, 10:02
    • 134

Pentaqon Ukrayna üçün müqavilə imzaladı

ABŞ Müdafiə Nazirliyi Raytheon Raketləri və Müdafiəsi ilə Ukrayna üçün qabaqcıl orta mənzilli hava raketlərinin (AMRAAM) alınması üçün 192 milyon dollarlıq müqavilə imzalayıb.

News24.az xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

Pentaqonun bəyanatında deyilir ki, raketlərin alınması üçün vəsait 2023-cü maliyyə ili üçün Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsündən ayrılıb.

Müqavilənin müddəti 29 noyabr 2024-cü ilə qədərdir. Raketlərin sayı dəqiqləşdirilməyib.

Aydan