Rusiya müharibəyə hazırlaşır
    • 27-10-2018, 11:55
    • 975

Rusiya müharibəyə hazırlaşır

Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib.

O, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib.
Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı “müdafiə xarakterli müharibəyə hazırlaşır”.
“Burada az əvvəl iclas zamanı Amerika nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm”-Belousov BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkəsinin həmin müqavildən çıxdığını elan edib.
Qeyd edək ki, Tramp bunu bunu Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əsaslandırmışdı.
Andrey Belousov deyib ki, Rusiya ilə ABŞ arasında böyük fərq var. “Və linqvistik planda bu fərq həm rus, həm ingilis dilində cəmi bir sözlə ifadə olunur: Rusiya Federasiyası müharibəyə hazırlaşır, ABŞ isə müharibəni hazırlayır”-diplomat qeyd edib.
Belousovun fikrincə ABŞ-ın Rusiya ilə müharibəyə başlamaq niyyətini onun orta və yaxın mənzilli raketlərə dair müqavilədən çıxması, nüvə potensialını genişləndirməsi və yeni nüvə doktrinası qəbul etməsi də təsdiqləyir.
Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qarbaçov tərəfindən imzalanıb. Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir.
Bu günə kimi hər iki tərəf dəfələrlə bir-birilərini bu müqavilənin şərtlərini pozmaqda ittiham edib.

//Modern.az