Ukrayna Pskov hava limanını Rusiya ərazisindən vurub
    • 1-09-2023, 12:15
    • 176

Ukrayna Pskov hava limanını Rusiya ərazisindən vurub

Pskov hərbi hava limanı Rusiya Federasiyası ərazisindən vurulub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov “The War Zone” nəşrinə müsahibəsində bildirib.

“Biz Rusiya ərazisindən fəaliyyət göstəririk”, - deyən Budanov əlavə məlumat verməkdən imtina edib.

Onun sözlərinə görə, “iki Rusiya İl-76 təyyarəsi məhv edilib, ikisinə ciddi ziyan dəyib”.

Akqabay