-
- 1-09-2023, 15:52
- 547
Paşinyan Putinin həbsinə CÜRƏT EDƏCƏK?
Bu gün Ermənistan hökuməti Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədrinin mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.
Qanun layihəsi parlamentin saytında hələ ki dərc olunmayıb.
Xatırladaq ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Qərardan bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Rusiya tərəfinin Roma Əsasnaməsinin ratifikasiyasının Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər yaratdığı ilə bağlı narahatlığına cavab olaraq, parlamentin sədr müavini Akop Arşakyan təxminən bir ay əvvəl onun heç bir halda Rusiyaya qarşı yönəlmədiyini açıqlamışdı.
Akqabay