Kiyevdə 50 yaşdan yuxarı kişilərin səfərbərliyi başladı
    • 1-09-2023, 17:46
    • 145

Kiyevdə 50 yaşdan yuxarı kişilərin səfərbərliyi başladı

Ukraynanın paytaxtı Kiyevdə 50 yaşdan yuxarı kişilərin də səfərbərliyi başlayıb.

News24.az "TASS"a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, çağırış vərəqələri insanların sıx olduğu bütün yerlərdə: avtobus dayanacaqlarında, mağazalarda və parklarda paylanır. Çağırış komissiyasının nümayəndələri səhər tezdən şəhərin yataqxanalarından birinin qarşısında istisnasız olaraq orada olan və işə gələn bütün kişiləri səfərbər ediblər.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, hər iki aydan bir hərbi komissarlıqlar yeni təsdiq edilmiş səfərbərlik planını həyata keçirir.

Qumral