“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisini transfer edib
    • 2-09-2023, 01:18
    • 236

“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisini transfer edib

İngiltərənin “Liverpul” klubu Almaniyanın “Bavariya”sından yarımmüdafiəçi Rayan Qravenberxi transfer edib.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi

məlumat yayıb.

Niderlandlı futbolçu bu gün məşq mərkəzində tibbi müayinədən keçib və uzun müddətli müqavilə bağlayıb. O, “Liverpul”da 38 nömrəli formanı geyinəcək.

İnsayder Fabritsio Romanonun 

sözlərinə görə, 21 yaşlı futbolçu “qırmızılar”a 40 milyon avroya başa gəlib.