Jurnalist dövlət orqanlarından kömək istədi-
    • 2-09-2023, 02:12
    • 1 440

Jurnalist dövlət orqanlarından kömək istədi- "YUXUYA HƏSRƏT QALMIŞIQ"-VIDEO

Jurnalist Rasim İsmayılov status paylaşıb. Dövlət orqanlarına müraciət edir.

News24.az xəbər verir ki, jurnalist paylaşımda yaşadığı ərazidə gecə saatlarında aparılan tikinti işlərindən dolayı narahatlığını ifadə edib.

"Hazırda Əhmədlidə (Bakı kinoteatrının yaxınlığı) Qaçaq Nəbi küçəsində, 95 nömrəli məktəbin yanında dağıtma işləri gedir. Bir həftədir gecələr yuxuya həsrət qalmışıq. Pəncərəni açan kimi ekskovator elə bil evin içində işləyir. Zatən bütün həyəti hasara alıblar",-deyə jurnalist yazıb. 

Leyla SƏMƏNDƏR