Türkiyədə ağır yol qəzası: 6 ölü, 43 yaralı
    • 2-09-2023, 09:40
    • 100

Türkiyədə ağır yol qəzası: 6 ölü, 43 yaralı

Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhərində avtobusun toqquşması nəticəsində 43 nəfər xəsarət alıb, daha 6 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, Honaz əyalətində qum daşıyan yük maşını idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və qarşıdan gələn avtobusa çırpılıb.

"İlkin məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb", - telekanal xəbər verir.

Aydan