-
- 2-09-2023, 10:49
- 196
NATO-nun Krımla bağlı yeni planı: ÜZVLÜK MÜQABİLİNDƏ...
“Qərb ölkələri Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması planını Kiyev hakimiyyətinin təklifindən fərqli olsa belə, hazırlamalıdırlar.
ABŞ Ukraynaya NATO üzvlüyü müqabilində Krımdan imtina etməyi təklif edir"
News24.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə hərbi tarixçi, Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Frenk Ledvic deyib.
“Birləşmiş Ştatlarda hərbi irəliləyişlərin olmadığı və qarşıdan gələn seçkilərin olmadığı bir şəraitdə Qərb münaqişənin həlli üçün əldə edilə bilən məqsəd ətrafında birləşməlidir. Bu, Ukraynanın istədiyi kimi olmamalıdır”, - nəşr qeyd edir.
Müəllif hesab edir ki, NATO bunu artıq başa düşüb.
O qeyd edib ki, NATO baş katibi Yens Stoltenberqin şəxsi ofisinin direktoru Stian Yenssen Qərb ölkələrinin diplomatlarının Ukrayna ərazilərinin ölkənin Şimali Atlantika Alyansına üzvlüyü üçün dəyişdirilməsi imkanlarını nəzərdən keçirməyə başlamalarını təklif edib.
Tarixçi vurğulayıb ki, münaqişə daha bir neçə il uzana bilər.
Ayşən