Pakistan-Əfqanıstan sərhədində atışma - 3 nəfər öldü
    • 2-09-2023, 14:43
    • 108

Pakistan-Əfqanıstan sərhədində atışma - 3 nəfər öldü

Pakistanın şimal-qərbində (Əfqanıstanla sərhəddə) silahlılara qarşı gecə hərbi əməliyyat keçirilib.

News24.az " Associated Press" ə istinadən xəbər verir ki, baş verən atışmada 3 nəfər ölüb.

Pakistan ordusunun bəyanatında deyilir ki, təhlükəsizlik qüvvələri silahlıların olması ilə bağlı xüsusi kəşfiyyat məlumatı aldıqdan sonra Şimali Vəziristanın əsas şəhəri olan Miran Şahda əməliyyat başlanılıb. Qoşunlar hadisə yerinə yaxınlaşarkən bir qrup yaraqlı aşkar edilib, nəticədə intensiv atışma baş verib. Atışma zamanı əməliyyata rəhbərlik edən mayor və daha bir əsgər həlak olub. Həmçinin terrorçulardan Biri öldürülüb, digəri isə yaralanıb.

Qumral