Maştağa sakinindən qanunsuz tapançalar götürülüb
    • 12-03-2019, 11:59
    • 2 095

Maştağa sakinindən qanunsuz tapançalar götürülüb

Maştağa qəsəbə sakininin qarajında qanunsuz tapançalar aşkarlanıb.

DİN Mətbuat Xidmətindən News24.Az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.