Keçmiş məhkumun evində qanunsuz silah aşkar edilib
    • 9-04-2019, 12:01
    • 818

Keçmiş məhkumun evində qanunsuz silah aşkar edilib

Bakıda keçmiş məhkumun evində qanunsuz silah aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evin zirzəmisindən 1 ədəd luləsi və qundağı kəsilmiş “İJ-57” markalı ov tüfəngi, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.