Ermənistanın iki hərbçisi yol tikintisində öldü-VİDEO
    • 3-09-2023, 00:37
    • 198

Ermənistanın iki hərbçisi yol tikintisində öldü-VİDEO

Sentyabrın 2-də saat 17:30 radələrində mühəndis işləri (yol tikintisi məqsədilə partlayış işlərinin görülməsi) zamanı baş vermiş partlayış nəticəsində Erəminstan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru Arman Rubikoviç Babacanyan və hərbçi Artur Haykoviç Poqosyan həlak olub.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.