AzQAC-ın göndərdiyi ərzaq yükü 7 gündür Ağdam-Xankəndi yolundadır
    • 4-09-2023, 08:01
    • 186

AzQAC-ın göndərdiyi ərzaq yükü 7 gündür Ağdam-Xankəndi yolundadır

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq yeddi gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, cəmiyyətin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.