“Qarabağ”ın rəqibi millinin futbolçusunu transfer etdi
    • 4-09-2023, 09:36
    • 293

“Qarabağ”ın rəqibi millinin futbolçusunu transfer etdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan İsveçin “Hakken” klubu yeni transfer reallaşdırıb.

News24.az “Report”a istinadən xəbər verir ki, İsveç millisinin futbolçusu Ayxam Usu heyətə cəlb olunub.

23 yaşlı mərkəz müdafiəçisi Çexiyanın “Slaviya” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, Usu bu ilin sonuna qədər “Hakken”in formasını geyinəcək.

Qeyd edək ki, Avropa Liqasının H qrupu çərçivəsində “Qarabağ”la “Hakken” arasında ilk oyun oktyabrın 5-də İsveçdə keçiriləcək.