Səbuhi Rəcəbə HÖKM OXUNDU
    • 4-09-2023, 10:39
    • 538

Səbuhi Rəcəbə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Sambo və Kikboksinq Federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Rəcəb 7 il 6 ay azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, prokuror Səbuhi Rəcəbin  9 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

Samir Əli