Ərdoğan təcili kabineti toplayacaq:
    • 4-09-2023, 11:38
    • 206

Ərdoğan təcili kabineti toplayacaq: "PUTİNLƏ GÖRÜŞDÜKDƏN SONRA.."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Soçidə keçiriləcək danışıqların nəticələrini müzakirə etmək üçün sentyabrın 5-də hökumətin iclasını keçirəcək.

News24.az “TASS”a istinadla  xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisindəki mənbə bildirib.

“Sentyabrın 5-də cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Cənab Putinlə danışıqların nəticələri müzakirə olunacaq”, - agentliyin mənbəsi deyib.

Xatırladaq ki, Prezident Ərdoğan bu gün Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedəcək. Danışıqların əsas mövzusunun taxıl müqaviləsi olacağı bildirilir.

 

Ayşən