Son bir ayda həbs olunan azərbaycanlı fəalların SAYI
    • 4-09-2023, 12:38
    • 176

Son bir ayda həbs olunan azərbaycanlı fəalların SAYI

İranda son bir ayda həbs olunan azərbaycanlı fəalların sayı açıqlandı.

News24.az xəbər verir ki, bu haqda İnsan Haqları Təşkilatının Statistika və Sənədlər Mərkəzi məlumat yayıb. 

İnsan Haqları Təşkilatının statistikasına görə, bu ilin avqust ayında İran hökuməti tərəfindən 264 nəfər həbs edilib. 

Həbs edilənlər arasında 20 Güney azərbaycanlı fəal və etirazçının da adı var. Milli fəalların əksəriyyəti Urmu gölünün vəziyyəti ilə bağlı etirazlarına görə həbs ediliblər.

Hesabata görə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan etirazçılar sırasında ən azı 116 kürd, 22 gilək, 14 bəluç, o cümlədən 36 qadın, 11 uşaq və  bəhai təriqətinə mənsub 17 vətəndaş olub.

Aynurə