Ukraynaya məxsus helikopter VURULDU
    • 4-09-2023, 15:13
    • 176

Ukraynaya məxsus helikopter VURULDU

Rusiya hərbçiləri Brusovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin helikopterini vurublar.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri vurulub.

Qeyd edək ki, bundan başqa Rusiya Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinin qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini Zaporojye vilayətində vurduğunu bildirilib.

Aynurə