Ankarada F-4 həyəcanı FOTO
    • 4-09-2023, 15:13
    • 80

Ankarada F-4 həyəcanı FOTO

Ankaranın Çankaya rayonunda Türkiyə Neft Şirkəti (TPAO) Ümumi Müdirliyinin açıq dayanacağında Hərbi Hava Qüvvələri Komandanlığına məxsus döyüş təyyarəsindən damcı çəni (köməkçi yanacaq çəni) düşüb.

News24.az xəbər verir ki, hadisə səhər saat 11.30 radələrində Söğütözü rayonunda baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada, “Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus F-4 döyüş təyyarəsinin bir hissəsi Ankara üzərində uçuşu zamanı naməlum səbəbdən TPAO-ya məxsus açıq dayanacaqa düşüb. Təyyarə sağ-salamat Əskişəhər meydanına eniş edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Mövzu ilə bağlı ətraflı texniki araşdırma davam edir.

Aydan