Nikol Moskvaya hücuma keçdi - Rusiyadan ŞOK HƏDƏ
    • 4-09-2023, 17:03
    • 613

Nikol Moskvaya hücuma keçdi - Rusiyadan ŞOK HƏDƏ

“Hesab edirəm ki, İrəvan Moskvaya qarşı informasiya və siyasi hücumlardan əl çəkməlidir. Heç kimə qarşıdurma lazım deyil, xüsusən də Ermənistan Rusiya ilə münaqişədən heç nə qazanmayacaq. Yalnız özü üçün lazımsız problemlər yaradacaq”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi haqda deyib.

“Real Rusiya-Ermənistan əməkdaşlığı variantlarını axtarmaq lazımdır. Heç kimin heç kimə borcu yoxdur, amma əməkdaşlıq - hər iki ölkə üçün faydalı olan yerdə zəruridir. Və bəli: əvəzində Brüssel, Paris və Vaşinqtonun İrəvanın tərəfdaşına çevriləcəyi ilə Kremli şantaj etməyə ehtiyac yoxdur, Putin siyasi şantajçıları sevmir”, - İ. Korotçenko bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları Rusiyada sərt qarşılanıb. TASS-a diplomatik mənbədən məlumat verilib ki, bu, qəbuledilməzdir və Moskvada bundan son dərəcə narazıdırlar: “Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsindən və Ermənistan XİN-nin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Ton və məzmun, səhvlərinə görə məsuliyyəti Rusiyaya ötürmək qəbuledilməzdir”, - mənbə bildirib.

Akqabay