Zelenskidən Putinə İDEAL TƏKLİF
    • 28-04-2021, 13:06
    • 391

Zelenskidən Putinə İDEAL TƏKLİF

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün yer təklif  edib.

News24.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, Vladimir Zelenski görüş üçün Vatikanı optimal yer adlandırıb. O bildirib ki, "Müqəddəs Taxt-tac" münaqişə tərəfləri arasında hər zaman təsirli vasitəçi kimi çıxış edib, tərəfsiz və etibarlı qlobal mənəvi nüfuza malikdir. 

Ukrayna prezindeti Vatikanın tarixdə tez-tez dinc gələcək üçün dövlətlər arasındakı münaqişələrin həllinə dair çağırışlar etdiyinə görə diqqət çəkib.