Paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 4-09-2023, 21:34
    • 190

Paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bərdədə paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən News24.az-a məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdıma aparılır.