Bərdədə narkotik satan şəxs saxlanıldı
    • 25-08-2021, 10:13
    • 333

Bərdədə narkotik satan şəxs saxlanıldı

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdam rayon sakini Nicat Həsənov avtomobil idarə edərkən saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə və avtomobilə keçirilən baxış zamanı ümumilikdə 5 büküm heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.