Yük və minik maşını toqquşdu: xəsarət alanlar var
    • 5-09-2023, 11:18
    • 114

Yük və minik maşını toqquşdu: xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “KamAZ”-la minik maşını toqquşub.

Qəza zamanı minik maşınında olanlar 1961-ci il təvəllüdlü İnqilab Fərəcov və 1981-ci il təvəllüdlü Xəqani Namazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.