Təcili qərar: ƏRDOĞAN KABİNETİ TOPLAYIR
    • 5-09-2023, 11:38
    • 209

Təcili qərar: ƏRDOĞAN KABİNETİ TOPLAYIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən sonra Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

News24.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb. 

Bu gün Beştəpədə keçiriləcək toplantıda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşün bütün aspektləri dəyərləndiriləcək.

Prezident Ərdoğanın sıx diplomatik trafiki də görüşün gündəmində olacaq.

Türkiyə lideri sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edəcək. Bundan sonra sentyabrın 17-21-də keçiriləcək BMT Baş Assambleyasının toplantısı üçün ABŞ-a yola düşəcək. Ərdoğan sammit çərçivəsində bir sıra dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.

 

Ayşən