Putinlə Ərdoğan yenidən görüşəcək
    • 5-09-2023, 09:52
    • 117

Putinlə Ərdoğan yenidən görüşəcək

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə liderinin BMT-yə səfərindən sonra görüşə bilər .

News24.az xəbər verir ki, bu barədə "Hüriyyet" nəşri məlumat yayıbş

Sentyabrın 19-dan 25-dək BMT-də Ərdoğanın iştirak edəcəyi təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçiriləcək.

“Putinin bəyanatlarından belə nəticəyə gəldik ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Hər iki lider Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilər”, – nəşrin köşə yazarı Abdulkadir Selvi deyir.

Türkiyə hökumətinə yaxın müşahidəçinin sözlərinə görə, Ərdoğan BMT ilə taxıl müqaviləsi üzrə birgə təkliflər paketinin Rusiya tərəfini qane edəcəyinə ümid edir.

Aydan