Kremldən Paşinyana CAVAB: Rusiya bu regionda QALACAQ!
    • 5-09-2023, 13:31
    • 370

Kremldən Paşinyana CAVAB: Rusiya bu regionda QALACAQ!

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının bölgədəki uğursuzluğu ilə bağlı ittihamına cavab verib.

News24.az xəbər verir ki, bu barədə "Ura.ru" məlumat yayıb.

“Biz belə tezislərlə razılaşa bilmərik. Rusiya bu regionun bir hissəsi olaraq qalacaq. Ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Rusiya təhlükəsizlik qarantı rolunu oynamaqda davam edir” - Peskov bildirib.

Aydan