"Ermənstanın Rusiyaya irad bildirməsi əsassızdır..." - ZAXAROVA
    • 2-08-2023, 16:36
    • 338

"Ermənstanın Rusiyaya irad bildirməsi əsassızdır..." - ZAXAROVA

"Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Buna görə də onların Rusiyaya irad bildirməsi əsassızdır". 

News24.az
-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib:

"Ermənistan Qarabağın Azərbaycanın ərazisi olduğunu rəsmi şəkildə etiraf edib. Bu səbəbdən də onlaırn indiyədək görülən işlərə şübhə ilə yanaşmaq cəhdləri çoxsaylı suallar doğurur. Buna hansı səbəbdən yol verilir? Bu etirafın fonunda Rusiyanın Qarabağ məsələsində yetərincə səy göstərmədiyi barədə fikirlər yersiz görünür". 

Fərid Azəri