“Praqa görüşü SON deyil, Ermənistan Rusiyaya ƏVƏZEDİCİ AXTARIR” – Tofiq Zülfüqarov
    • 10-10-2022, 12:06
    • 352

“Praqa görüşü SON deyil, Ermənistan Rusiyaya ƏVƏZEDİCİ AXTARIR” – Tofiq Zülfüqarov

“Ermənistanın təxribatları davam etdirməsinin səbəbi bölgəyə hansısa beynəlxalq qurumları gətirməkdən ibarətdir. Bu hadisələrin mənbəyi Ermənistanın daxilində baş verən gərginliklə bağlıdır”. 

Bunu News24.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanın mövqelərini atəşə tutması ilə bağlı danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ermənistanın müstəqillik qazandığı ildən etibarən əsas siyasəti kimlərinsə dəstəyi ilə planlarını icra etməkdən ibarət olub: “İndi isə bu dəstək yoxdur. Onlar başa düşürlər ki, Rusiya istənilən qədər dəstək vermir. Lazımi dəstəyi ala bilmədikləri üçün Rusiyaya əvəzedici axtarırlar. Ermənistan tərəfinin Azərbaycanla olan münasibətlərə beynəlxalq qurumları cəlb etməsi və ya Rusiyaya əvəzedici tapması müşkül məsələdir.

Praqa bəyanatı isə məsələnin yekun qərarı deyil. Diplomatik praktikada müzakirələri dəvət edən tərəf başa düşdüyü formada təqdim edir. Biz görürük ki, Praqa görüşünün nəticələri ilə bağlı məlumat Elisey Sarayının saytında çıxıb, deməli, müəllifi də Fransadır. Orada nə yazılıbsa, Fransa diskussiyanı belə anlayıb. Burada öhdəlik də yoxdur”.