İrana casusluqda təqsirləndirilən şəxs məhkəmə qarşısında
    • 5-09-2023, 16:31
    • 230

İrana casusluqda təqsirləndirilən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənon sədrliyi ilə keçirilən prosesdə hakim təklif edib ki, proses qapalı keçirilsin. Təqsirləndirilən şəxs və onun vəkili təklifə etiraz edib. Bildirilib ki, prosesdə dövlət sirri yoxdur, ona görə də proses açıq keçirilsin. 

Məhkəmə müşavirədən sonra prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib. 

İttihama görə, Mirhafiz Cəfərzadə İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Azərbaycan ərazisindəki strateji obyektlər və hərbi hissələr barədə onlara məlumat verib. M.Cəfərzadə barədə Cinayət Məcəlləsinin 274-cü( dövlətə xəyanət) maddəsilə ittiham elan edilib. 

Samir Əli