Ermənilərə casusluq edən Fidan məhkəmə QARŞISINDA
    • 28-08-2023, 16:06
    • 945

Ermənilərə casusluq edən Fidan məhkəmə QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.  O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: "Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb". 

Proses sentyabrın 25- də davam etdiriləcək. 

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva "Telegram"sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb. 

Samir Əli