Baxmutda şiddətli döyüşlər gedir
    • 19-08-2023, 12:16
    • 326

Baxmutda şiddətli döyüşlər gedir

Baxmut istiqamətində müdafiə qüvvələri hücum əməliyyatlarını davam etdirir.

News24.az "UNIAN"a istinadən xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri gün ərzində Baxmut istiqamətində 75, Kupyanski istiqamətində isə 36 rus işğalçısını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı bildirib.

"Bu gün ərzində əməliyyatlar həyata keçirilib. 578 hücum, 10 hava hücumu, ümumilikdə 11 toqquşma oldu, biz 75 işğalçını məhv etdik, 152 nəfər yaralandı, üç nəfər əsir götürüldü”, - deyə Çerevatı vurğulayıb.

Çerevatı qeyd edib ki, ruslar kütləvi şəkildə artilleriya və aviasiyadan istifadə etməklə əsas hücum səylərini Kupyansk istiqamətində cəmləşdirirlər.

Qumral