Tələt Əlizadə məhkəmə zalından həbs edildi
    • 6-09-2023, 12:20
    • 784

Tələt Əlizadə məhkəmə zalından həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda vətəndaşa qarşı dələduzluqda  təqsirləndirilən Tələt Əlizadənin işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. 

Qeyd edək ki, Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı150 min manatlıq dələduzluq edib. 

T. Əlizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Samir Əli