Fransa Olimpiadadan kənarlaşdırıla BİLƏR
    • 6-09-2023, 14:40
    • 185

Fransa Olimpiadadan kənarlaşdırıla BİLƏR

Ümumdünya Antidopinq Agentliyi (WADA) yerli hakimiyyət orqanlarının idmançıların qaydalara riayət etməsinə ciddi nəzarət etmədiyinə görə, Fransanı idmançıları Olimpiadadan və digər beynəlxalq yarışlardan kənarlaşdırmaqla hədələyib. 

News24.az xəbər verir ki, bu barədə "news.ru" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Ümumdünya Antidopinq Agentliyi dopinq qadağasının pozulması ilə bağlı son üç halı sadalayan məktub göndərib və Fransa agentliyini “nə Dünya Antidopinq Məcəlləsinə, nə də İdman Arbitraj Məhkəməsinin presedent hüququna açıq şəkildə uyğun gəlməyən qərarlar verməkdə ittiham edib".

Aynurə