Bu agentliyin lisenziyası ləğv edildi
    • 6-09-2023, 16:36
    • 334

Bu agentliyin lisenziyası ləğv edildi

“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.

News24.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığını nəzərə alınaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə ləğv edilib.