Oğuzda leysan körpünü qəzalı vəziyyətə SALDI
    • 7-09-2023, 11:50
    • 127

Oğuzda leysan körpünü qəzalı vəziyyətə SALDI

Oğuzda leysan körpünü qəzalı vəziyyətə salıb.

News24.az xəbər verir ki, ötən gecə rayonda leysan xarakterli intensiv yağış yağıb, güclü külək əsib.

Nəticədə Filfilli çayının eyni adlı kənddən keçən hissəsində daşqın olub. Sel suları 3 evin həyətyanı divarını dağıdıb, kəndin daxili yollarının bir hissəsinə ziyan dəyib.

Güclü yağışlar rayonun Mollalı kəndinə də selə səbəb olub. Nəticədə kəndə gedən körpünün dayaqları dağılıb və körpü qəzalı vəziyytə düşüb.