Zelenski Donetsk vilayətində Ukrayna hərbçilərinə baş çəkib
    • 5-09-2023, 00:09
    • 143

Zelenski Donetsk vilayətində Ukrayna hərbçilərinə baş çəkib

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinə səfər edib və Ukrayna hərbçiləri ilə danışıb.

News24.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı "Facebook"da məlumat yayıb.

O bildirib ki, səfər zamanı Donetsk əməliyyat-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən briqadalarla görüşüb. 

Prezidenti Dəniz Piyadaları Korpusunun və Donetsk OTU-nun komandanı Yuriy Sodol və müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk müşayiət edib.

"Vacib hesabatlar, problemli məsələlər, artırılmalı olan tədarüklər, briqadaları təmin etmək üçün köməkçi idarəetmə sisteminin yaradılması, əsgərlərimizin motivasiyasının artırılması məsələlərini müzakirə etdik", - deyə Zelenski yazıb.

Leyla SƏMƏNDƏR