-
- 7-09-2023, 20:22
- 278
Paris Olimpiadasında Rusiya bayrağı olmayacaq - Makron
26 iyul-11 avqust 2024-cü il tarixlərində Parisin ev sahibliyi edəcəyi Olimpiya Oyunlarında Rusiya bayrağına icazə verilməyəcək.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur” - Makron deyib.
Günəş Mərd