Məktəbə bomba qoyulması məlumatını verən şəxs AZADLIĞA BURAXILDI
    • 8-09-2023, 11:08
    • 274

Məktəbə bomba qoyulması məlumatını verən şəxs AZADLIĞA BURAXILDI

Ağsuda orta məktəbə bomba qoyulması bardə polis yaslan məlumat vermiş şəxs azadlığa buraxılıb. 

News24.az-məlumatına görə, bu barədə Şəki Ağır Cinəyətlər Məhkəməsi qərar qəbul edib. 

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Füzuli Nizamlıya hökm oxunub. Məhkəmənin hökmü ilə F. Nizamlının cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə mobil telefondan zəng edən şəxs Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba olması barədə məlumat verib. 

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ağsu rayon Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edildiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılıb.

F.Nizamlının barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.

Samir Əli