Raket təhlükəsi: Ukraynada genişmiqyaslı hava hücumu
    • 8-09-2023, 11:17
    • 87

Raket təhlükəsi: Ukraynada genişmiqyaslı hava hücumu

Sentyabrın 8-i səhər saatlarında Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Ukraynalılara Rusiya tərəfdən raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq edilib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Diqqət! Xəbərdarlığın elan edildiyi ərazilərdə raket təhlükəsi”, - məlumatda deyilir.

Ukrayna vaxtı ilə saat 9:00-a olan məlumata görə, qərb bölgələri, eləcə də Odessa vilayəti istisna olmaqla, bütün bölgələrdə hava xəbərdarlığı elan edilib. 

Krivoy Roqda hava hücumu zamanı partlayış baş verib. Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumatı təsdiqləyib.

Akqabay