Ermitaja PUA düşdü
    • 8-09-2023, 13:26
    • 422

Ermitaja PUA düşdü

Sankt-Peterburqun mərkəzində pilotsuz uçuş aparatı Qış Sarayının binasına çırpılıb. 

News24.az “Fontanka”ya istinadən xəbər verir ki, bunu Ermitajın təhlükəsizlik xidmətinin aparıcı əməkdaşı Dmitri Xaşşenko deyib.

Məlumata görə, hadisə sentyabrın 7-də baş versə də, indi məlum olub. 

Muzey əməkdaşının sözlərinə görə, mühafizəçilər zədələnmiş dronu əraziyə planlaşdırılmış ekskursiya zamanı aşkar ediblər. Xaşşenkonun sözlərinə görə, PUA əvvəlcə bina ilə toqquşub, sonra isə Qış sarayınım yaxınlığında düşüb. 

Qumral