Ermitajdakı bomba xəbəri yalan çıxdı – YENİLƏNDI
    • 24-06-2023, 23:39
    • 164

Ermitajdakı bomba xəbəri yalan çıxdı – YENİLƏNDI

Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinin minalanması barədə xəbərin yalan olduğu üzə çıxıb.

Ermitajın mətbuat xidmətinin məlumatına görə, yoxlama nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib. “Muzey mühafizə xidmətinin əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birgə sərgi salonlarına və inzibati binalara baxış keçirib, heç bir şübhəli əşya aşkar edilməyiblər”, - məlumatda deyilir.

Mənbə: TASS

21:15

Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər şənbə günü muzeyin minalanması ilə bağlı məlumatla əlaqədar təxliyə edilib.
Bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.


“2023-cü il iyunun 24-də Ermitaj binanın minalanması ilə bağlı məlumat alıb. Ziyarətçilər Baş Muzey Kompleksinin ərazisindən təxliyə edilib. Muzeyin mühafizə əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birlikdə sərgi salonlarına və ofis binalarına baxış keçiriblər”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS