Rusiyada hərbi komissarlığı yandıran təqaüdçü evində ÖLÜ TAPILDI
    • 4-08-2023, 18:46
    • 561

Rusiyada hərbi komissarlığı yandıran təqaüdçü evində ÖLÜ TAPILDI

Vsevolojskda (Leninqrad vilayəti) hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə həbs edilən 76 yaşlı təqaüdçü mənzilində ölü tapılıb. 

News24.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun “Fontanka” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, ilkin məlumata görə, həmin şəxs intihar edib. Bu məlumat rəsmi təsdiqini tapmayıb.

Avqustun 2-də təqaüdçü molotov kokteyli ilə Vsevolojsk hərbi komissarlığının binasına yaxınlaşaraq kokteyli hərbi komissarlıq istiqamətində ataraq onu yandırmağa cəhd edib. Lakin butulkalar təqaüdçünün yanına düşüb və yalnız ot örtüyü yanıb. 

Milli Qvardiyanın əməkdaşları kiçik yanğını söndürüblər. Həmin şəxs nəzarətə götürülüb, barəsində başqasının əmlakını qəsdən yandırma maddəsi ilə cinayət işi başlanıb. 

Daha sonra cinayətkar sərbəst buraxılıb.

Akqabay