Sabiq nəqliyyat naziri HƏBS EDİLDİ
    • 8-09-2023, 16:01
    • 347

Sabiq nəqliyyat naziri HƏBS EDİLDİ

Krasnoyarsk şəhərinin Mərkəzi Rayon Məhkəməsi Krasnoyarsk diyarının keçmiş nəqliyyat naziri Konstantin Dimitrovu Krasnoyarsk metrosunun tikintisi ilə bağlı iş üzrə ümumi rejimli koloniyaya 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eks məmur vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Bundan əlavə, məhkəmə onun 2,5 il müddətinə dövlət qulluğu ilə bağlı fəaliyyətlə məşğul olmasını qadağan edib.

Aynurə