20 Yanvar faciəsinin təşkilatçısı 10 il azadlıqdan məhrum edildi
    • 27-03-2019, 14:40
    • 990

20 Yanvar faciəsinin təşkilatçısı 10 il azadlıqdan məhrum edildi

Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az
bildirir ki, bu barədə “Report” TASS-a istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.
Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.

Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir.