-
- 8-09-2023, 19:48
- 307
"Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın isə Bakıdan keçir" - Türkiyəli GENERAL
“Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının sayı artıb. Ermənistan ənənəvi siyasətini davam etdirirək Amerika, Rusiya və müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslardan yayınır, qaçır. Qardaş ölkə anti-terror əməmliyyatlarna başlayacağı təqdirdə, Türkiyə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən haqq döyüşündə qardaş ölkənin yanında olmağa davam edəcək”.
Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid olarsa, Türkiyə buna cavab verəcək.
“Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan da demişdi. Nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünə qarşı İran da daxil olmaqla hər hansı ölkə tərəfindən təhdid görülsə, Türkiyə silahlı qüvvələri, həm dövləti ilə, həm də 85 milyonluq xalqı ilə dəstək olmağa davam edəcək
Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın isə Bakıdan keçir. Türkiyə bir soya, bir kökə sahib Azərbaycana, tarixin hər vaxtında eyni taleyi paylaşdığımız qardaş ölkəyə dəstəyə davam etdirəcək”,- deyə o, fikrini yekunlaşdırıb.
Ayşən Rəhim